Azərbaycanda 23 faiz böyüyən sığorta növü - Hesabat

17:32 - 27.12.2023


27 dekabr, Fineko/abc.az. Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlar və ödənişlər artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 47 milyon 642 min manat təşkil edib.

Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 973 min manat və ya 23% çoxdur.

2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 38 milyon 669 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 18 milyon 271 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 56 min manat və ya 20% çoxdur.

Ötən ilin eyni dövründə 15 milyon 215 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 38% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 39% təşkil edib.