14:41 - 28.12.2023
28 dekabr, Fineko/abc.az. “Azərsığorta” ASC-nin 2023-cü ilin yanvar-noyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.
Şirkət yanvar-noyabr ayında 7.799 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 2.757 mln. manat və ya 26% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 10.556 mln. manat təşkil etmişdir.
Xatırladaq ki, “Azərsığorta” (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) şirkəti bütün sığorta növləri üzrə satışlarını dayandırıb.
13 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026