14:55 - 28.12.2023
28 dekabr, Fineko/abc.az. Azərbaycanda qeyri-həyat sığortası üzrə yığımlar və ödənişlər artıb.
ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 313 milyon 880 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 42 milyon 87 min manat və ya 15% çoxdur. 2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 271 milyon 973 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 126 milyon 722 min manat təşkil edib ki, bu da illik müqayisədə 41 milyon 30 min manat və ya 47,9% çoxdur..
Ötən ilin eyni dövründə bu növ sığorta üzrə 85 milyon 692 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 40% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 8% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 32% idi.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024