Azərbaycanda 7 faiz böyüyən sığorta növü - Hesabat

15:26 - 28.12.2023


28 dekabr, Fineko/abc.az. Azərbaycanda tibbi sığorta üzrə yığımlar və ödənişlər artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 112  milyon 548 min manat təşkil edib.

Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 1 min manat və ya 7% çoxdur. 2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 105 milyon 547 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 73 milyon 498 min manat təşkil edib ki, bu da illik müqayisədə 7 milyon 370 min manat və ya 11,1% çoxdur.