Rusiya və İran birgə investisiya komitələri yaratmağı planlaşdırır

15:05 - 7.01.2024


7 yanvar, Fineko/abc.az. Rusiya və İranın milli rifah fondları neft-qaz, neft-kimya, əczaçılıq və bir sıra digər sahələrdə layihələrin həyata keçirilməsi üçün birgə investisiya komitələri yarada bilərlər.

ABC.AZ xəbər verir ki, bunu İran Milli İnkişaf Fondunun İcraiyyə Şurasının üzvü Hüseyin Ayvazlu deyib.

"Qərara gəlinib ki, İran və Rusiyanın iki milli rifah Fondu arasında birgə investisiya komitələr yaradılsın və təqdim olunan layihələrə baxılsın... 50%-i İran, 50%-i isə Rusiya tərəfi investisiya qoyacaq" — deyə Aivazlu bildirib.