Bakıda iki park salınacaq - Detallar

16:37 - 8.01.2024


8 yanvar, Fineko/abc.az. Bakının Sabunçu rayonunda Eko-Sənaye Parkı yaradılacaq.

ABC.AZ xəbər verirmki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, göllərin və torpağın ekoloji təmizlənməsi tədbirləri çirklənmiş torpaqların saxlanması və texniki emalı və təmizlənməsi üçün böyük ərazi sahələrinin ayrılmasını şərtləndirəcək. Bundan əlavə, əsas çirklənmə mənbələrinə yaxın sahələrdə fərqli ekoloji təsirləri olan müxtəlif bitkilərin əkini tələb olunacaq.

Bunları nəzərə alaraq, Böyükşor gölünün şimalında “Təmiz şəhər” ərazisinin yaxınlığında Eko-Sənaye Parkının yaradılması təklif olunur. Park eko sənaye sahəsi üçün vahid mərkəz formalaşdırmağa və bu sahədə fəaliyyət göstərən müxtəlif müəssisələr arasında əlaqələndirməni təmin etməyə imkan verəcək. Bundan başqa, paytaxtda Mədəni və sənaye irsi əyləncəli-təhsil Parkı da yaradılacaq.

Belə ki, plana əsasən Bakının neft sənayesi, neft sənayesinin tarixi, bu sahədəki ixtiralar və onların dünya təcrübəsinə təsirlərinin nümayiş etdiriləcəyi və eyni zamanda neft sənayesinin və neft sənayesi ilə əlaqədar sahələrin gələcəyi haqqında maarifləndirici materialların təqdim ediləcəyi “Mədəni və sənaye irsi əyləncəli-təhsil Parkı”nın yaradılması təklif edilir.

Bütün xəbərlər