Qazaxıstan əcnəbilər üçün turizm rüsumunu ləğv etdi

11:38 - 9.01.2024


9 yanvar, Fineko/abc.az. Qazaxıstanda yanvarın 9-dan əcnəbilər üçün turizm rüsumu ləğv edilir.

ABC.AZ xəbər verir ki, məlumata görə, hazırda Qazaxıstan ərazisində sıfır faiz dərəcəsi tətbiq olunacaq. Əcnəbilər üçün Bed tax yerli hakimiyyət orqanları 2022-ci ilin yanvarında tətbiq etmişdi, keçən ilin əvvəlində respublika daxilində yaşayış dəyərinin 1%-dən 5%-ə qədər dərəcələr müəyyən edilmişdi.

Daha öncə əvvəl Turizm və idman nazirinin müavini Yerjan Erkinbayev turizm rüsumunun həm yerli biznes, həm də gələn xarici turistlər üçün müəyyən narahatlıq yaratdığını bildirmişdi.