16:29 - 9.01.2024
9 yanvar, Fineko/abc.az. Azərbaycanda vakansiya bankında 10 min manata yaxın əməkhaqqı təklif olunan işlər var.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli brifinqdə məlumat verib.
O qeyd edib ki, ölkənin ən böyük vakansiya bankı Dövlət Məşğulluq Agentliyindədir:
“Amma oradakı işlərə görə ödənilən əməkhaqqı dövlətin öhdəliyi deyil. Bu gün vakansiya bankında 345 manatdan başlayaraq 10 min manata qədər əməkhaqları olan işlər var. Lakin əksər hallarda az əməkhaqqılı vakansiyalar təqdim edilir. Lakin burada vacib bir məqam hər iki tərəfdə – işəgötürən və işaxtaranda inam formalaşmasıdır. Biz də buna nail oluruq”.
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
9 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
9 Oktyabr 2024