Malayziyada dünyanın ikinci ən hündür göydələni tikilib

15:48 - 11.01.2024


11 yanvar, Fineko/abc.az. Koreyanın “Samsung C&T” korporasiyası Malayziyanın paytaxtı Kuala-Lumpurda dünyanın ikinci ən hündür binası olan “Merdeka 118” göydələninin tikintisini başa çatdırıb.

ABC.AZ xəbər verir ki, 679 metr hündürlüyə malik göydələn Dubaydakı “Bürc Xəlifə” qülləsindən (828 metr) sonra dünyanın ikinci ən hündür binası olub.

“Merdeka 118” göydələninin tamamlanması korporasiyanın mövqeyini daha da gücləndirib”, – deyə kompaniyanın məlumatında bildirilir.

Qeyd edək ki, “Merdeka 118” ofislərin, lüks yaşayış kompleksinin və ticarət mərkəzinin yerləşdiyi qarışıq istifadəli binadır. Onun tikintisinə 2014-cü ildə başlanılmışdı.