A-Qroup Sığorta Şirkətinin yığımları 11 ayda bu qədər azalıb

10:19 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. A-Qroup Sığorta Şirkəti ASC-nin 2023-cü ilin yanvar-noyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-noyabr ayında 19.222 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 2.884 mln. manat və ya 13% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 22.106 mln. manat təşkil etmişdir.

Xatırladaq ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb.