Binəqədidə mebel sexi partlayıb - 3 nəfər həlak olub

15:11 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. Yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb. Daxil olmuş məlumatla bağlı dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. 

Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub.

Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.