“Naxçıvan” Universiteti hüquqi formasını dəyişir

17:26 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. “Naxçıvan” Universiteti təşkilati-hüquqi formasını dəyişir.

ABC.AZ xəbər verir ki, təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edir.

“Naxçıvan” Universiteti 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.