"Azərsığorta" başqa ünvana köçürülüb

10:04 - 18.01.2024


18 yanvar, Fineko/abc.az. Dövlət Sığorta Kommersiya Şirkətinin (Azərsığorta) baş ofisi yeni məkana köçürülüb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat şirkətin elanında qeyd edilib.

Şirkət müştərilərinə bundan sonra yeni ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 31 xidmət göstərəcək.

Şirkət buna qədər Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, 102A ünvanında fəaliyyətdə idi.