Ötən il MDB ölkələrindən Azərbaycana gələnlərin sayı 44,6 faiz artıb

15:45 - 18.01.2024


18 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidməti ötən il Azərbaycana səfər etm əcnəbilərlə bağlı statistikanı açıqlayıb.

ABC.AZ xəbər verir ki, ötən il 2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6,5 dəfə, Cənubi Koreyadan - 3,3 dəfə, Türkmənistandan - 2,3 dəfə, Hindistandan - 1,9 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Misirdən - 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Polşadan - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,7 dəfə, Filippindən - 1,7 dəfə, İtaliyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Özbəkistandan - 1,5 dəfə, Belarusdan - 48,8 faiz, Moldovadan - 48,2 faiz, Kanadadan - 40,0 faiz, Rusiya Federasiyasından - 39,9 faiz, ABŞ-dan - 37,9 faiz, Küveytdən - 31,3 faiz, Fransadan - 29,8 faiz, Gürcüstandan - 27,1 faiz, Niderlanddan - 26,0 faiz, Böyük Britaniyadan - 23,4 faiz, İsraildən - 21,6 faiz, Türkiyədən - 21,2 faiz, Almaniyadan - 18,3 faiz, Ukraynadan - 12,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 11,4 faiz, Pakistandan - 6,7 faiz, İordaniyadan - 6,0 faiz artıb.

2022-ci illə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 44,6 faiz artaraq 824,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,6 faiz artaraq 104,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,1 faiz azalaraq 350,2 min nəfər olub.