Ötən il xaricə səfər edənlərin sayı 25 faizdən çox artıb - Hesabat

15:55 - 18.01.2024


18 yanvar, Fineko/abc.az. 2022-ci illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 25,5 faiz artaraq 1 milyon 868,7 min nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,8 faiz, Türkiyəyə gedənlərin sayı 24,3 faiz artmış, İrana gedənlərin sayı 27,7 faiz azalmışdır. Ölkə vətəndaşlarının 43,6 faizi Türkiyəyə, 21,5 faizi Rusiya Federasiyasına, 9,0 faizi Gürcüstana, 7,6 faizi İrana, 18,3 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 64,9 faizini kişilər, 35,1 faizini qadınlar təşkil edib. 2023-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,5 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.