Azərbaycanda 37 faizdən çox böyüyən sığorta növü - Hesabat

17:26 - 22.01.2024


22 yanvar, Fineko/abc.az. Azərbaycanda icbari sığorta üzrə yığımlar və ödənişlər artıb.

ABC.AZ Mərkəzi Banka istiandən xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 334 milyon 433 min manat təşkil edib.

Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 91 milyon 681 min manat və ya 37,8% çoxdur.

2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 242 milyon 752 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 108 milyon 72 min manat təşkil edib ki, bu da illik müqayisədə 12 milyon 503 min manat və ya 13,1% çoxdur.

Əvvəlki ilin eyni dövründə 95 milyon 569 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 32,3% təşkil edib. Zərərlilik son bir ildə 7,1% azalıb, 

Ötən ilin eyni dövründə zərərlilik  39,4% idi.