Bakıda NATO-nun təhsil sahəsində mütəxəssisləri ilə işgüzar görüş keçirilir

12:47 - 24.07.2018


24 iyul, Fineko/abc.az. Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspertləri tərəfindən Müdafiə Nazirliyi və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, görüş, hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq keçirilir.

“İyulun 27-dək davam edəcək işçi görüşdə müasir pedaqoji texnologiyalar, taksonomiyanın əsasları və s. bu kimi məsələlər ətrafında müzakirələr aparılacaq”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər