15:29 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. Prezidenti İlham Əliyev 24 yanvar 2024-cü il tarixdə Medianın İnkişafı Agentliyi publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Prezidentin sərəncamında qeyd edilib.
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
İsmayılov Dağbəyi Mirzəxan oğlu – Azərbaycan jurnalisti, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, AzərTAc-ın İdarə Heyətinin sədr müavini.
Müşahidə Şurasının üzvləri:
Əliyev Vüqar Zifər oğlu
Mehrəliyeva Şəfəq Akif qızı
Mikayılova Sevil Əlirazı qızı
Şıxlinskiy Elçin İsmayıl oğlu.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025