Qazaxıstanda Xəzər dənizi İnstitutu yaradılacaq

10:40 - 26.01.2024


26 yanvar, Fineko/abc.az. Qazaxıstan höküməti Xəzər dənizinin Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında qərar təsdiq edib.

ABC.AZ xəbər verir ki, məlumatda deyilir ki,"Tədqiqat İnstitutu Xəzər dənizinin ekoloji problemlərini, suyun səviyyəsinin azaldılması problemini, suiti və balıqların kütləvi qırılmasının səbəblərini, Xəzər suitilərinin populyasiyasının qorunması məsələlərini, ixtiofauna, Xəzərin akvatoriyası və sahillərini araşdıracaq".

Həmçinin institutun yaradılması Xəzəryanı dövlətlərin xarici həmkarları ilə sıx qarşılıqlı fəaliyyətin təmin edilməsinə yönəlib.

Qeyd olunur ki, yeni institut Xəzər dənizinin ekosisteminin vəziyyəti barədə obyektiv və müstəqil məlumat verməlidir. Bu məlumatlar əsasında Qazaxıstanın dövlət orqanları Xəzər dənizinin qorunması ilə bağlı müvafiq qərarlar qəbul edəcəklər.