Sığorta agenti institutunun inkişaf etdirilməsi qarşıya hədəf qoyulub

14:20 - 26.01.2024


26 yanvar, Fineko/abc.az. Sığorta sektorunda sığorta agenti institutunun inkişaf etdirilməsi həyata keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda bildirilib.

Staretgiyada həmçinin Peşəkarlığın yüksəldilməsini və ixtisaslaşmanı təşviq edən diferensial lisenziyalaşdırma tələblərinin yaradılması və  ASA (Azərbaycan Sığortaçılar Assosasiyası) ilə birlikdə vasitəçilərin inkişaf proqramlarının həyata keçirilməsi və sığorta agenti peşəsinin təşviqi nəzərdə tutulur.