Xarici ölkə vətəndaşları ən çox hansı şəhərlərdə yaşayır? - SİYAHI

10:59 - 30.01.2024


30 yanvar, Fineko/abc.az. Xarici ölkə vətəndaşlarının ən çox hansı şəhərlərdə yaşadıqları məlum olub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən araşdırmanı “Data Statistics” aparıb.

Məlum olub ki, xarici vətəndaşlar ən çox ABŞ-ın Mayami şəhərində yaşayır.

Mayami əhalisinin yalnız 41,7%-i ABŞ vətəndaşıdır. Mayami əhalisinin 58,3%-i müxtəlif ölkə vətəndaşlarından ibarətdir.

Xarici ölkə vətəndaşların ən çox yaşadığı şəhərləri sizə təqdim edirik:

1. Mayami, ABŞ: 58,3%

2. Toronto, Kanada: 49,0%

3. Sidney, Avstraliya: 45,4%

4. Vankuver, Kanada: 42,5%

5. Melburn, Avstraliya: 41,3%

6. San Xose, ABŞ: 39,3%

7. Los Anceles, ABŞ: 37,7%