15:47 - 31.01.2024
31 yanvar, Fineko/abc.az. Maliyyə sektoru kifayət qədər dayanıqlıdır. Burada yalnız kiçik təşkilatların birləşməsi və yaxud könüllü ləğvi ola bilər.
ABC.AZ xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
“Birləşmə zamanı Mərkəzi Bankı onlardan strategiyanı soruşur. Hazırda banklarda birləşmə ilə bağlı məsələ yoxdur. Bu, daha çox sığorta şirkətlərinə aiddir. Onların bəzilərində könüllü birləşmə və yaxud ləğvetmə ilə bağlı müzakirələr ola bilsin ki, gedir. Çünki biz onlardan strategiya tələb edirik. Amma dayanıqlıq baxımından, biz nə bank sektorunda, nə də sığorta sektorunda problemli təşkilat görmürük. İnvestisiya şirkətləri çox balaca olsa da, onlarda da elə bir problem yoxdur” – Taleh Kazımov əlavə edib.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024