İlham Əiyev sığorta şirkətini ləğv etdi - Fərman

17:00 - 31.01.2024


31 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, fərmana əsasən, “Azərsığorta” ləğv edilib. Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi fərmandan irəli gələn məsələləri həll etməlidir.