Quba rayonunda qanunsuz yolla əldə olunmuş meşə materialı aşkar edilib

12:13 - 25.07.2018


25 iyul, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir. 

Reyd zaman Quba rayonu Əski İqriq kəndi ərazisində “QAZEL” markalı 40-BN-228 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz  yolla əldə edilmiş 3 m3həcmində fıstıq cinsli girdə işlik meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Zülfüqar Muradov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 518 manat məbləğində ziyan tətbiq edilib.

 

Bütün xəbərlər