Daha iki sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb

17:17 - 5.02.2024


5 fevral, Fineko/abc.az. "Naxçıvan Sığorta" və "Azərsığorta" (Dövlət Kommersiya Sığorta Şirkəti) İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkətlərinin siyahısından çıxarılıb. 

Bu barədə ABC.AZ-a İSB-dən bildirilib. Qeyd edilib ki, bununla da, Büroda iştirakçı qeyri-həyat sığorta şirkətlərinin sayı 12-dən 10-a, ümumi iştirakçılarının sayı isə 17-dən 15-ə enib.

Qeyd edək ki, ötən il dekabrın 8-də könüllü mraciət əsasında Azərbaycan Mərkəzi Bankı “Naxçıvan Sığorta”nın lisenziyasını ləğv edib. Bu il yanvar ayının 31-də isə Prezident İlham Əliyevin fərmanı ilə "Azərsığorta" şirkəti ləğv edilib.