Azərbaycanda yüklərin sığortası ödənişləri 5 dəfə artıb

10:33 - 6.02.2024


6 fevral, Fineko/abc.az. Azərbaycanda yüklərin (nəqliyyat) sığortası üzrə yığımlar və ödənişlər  artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin yanvar- dekabr aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 988 492 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 559 min manat və ya 10.3% çoxdur. 2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 5 milyon 428 min manat təşkil edib.

Bu növ sığorta ödənişləri isə 211 min manat təşkil edib ki, bu da illik müqayisədə 169 min manat və ya 5 dəfə çoxdur. 2022-ci ilin eyni dövründə 42 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik 3,5 % olub. Bu da illik müqayisədə 2,7% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 0,8% idi.