Bank VTB (Azərbaycan)-ın rəhbərliyi Azərbaycan-İtaliya biznes-forumunda iştirak edib

16:02 - 25.07.2018


Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iri şirkətlərin rəhbərliyi ilə bir sıra işgüzar görüşlər keçirib.

Tədbir zamanı Grand Motors, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası, kənd təsərrüfatı avadanlıqlarının istehsalçısı olan MASCHIO GASPARDO (Rusiya),  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə görüşlər təşkil olunub. Tərəflər arasında aqrar, sənaye, neft-qaz, tikinti və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə keçirilən biznes-forumda 350 qədər sahibkar iştirak edib.

“Biz sahibkarlara bazarın tələbatına uyğun sərfəli məhsullar təklif edirik. Bank şirkətlərin fəaliyyət spesifikasını nəzərə alaraq hüquqi şəxslərin kreditləşməsini, o cümlədən sərmayə layihələrinin reallaşması üçün vəsait ayırır. Bundan başqa,  beynəlxalq qrupun üzvü kimi VTB (Azərbaycan) ixracatçı-müştərilərə  Rusiya və VTB-nin mövcud olduğu digər ölkələrdə ticarət şəbəkələri və yeni tərəfdaşlara vasitəçi olmadan çıxış imkanı verir”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri bildirib.

 

Bütün xəbərlər