15:42 - 8.02.2024
8 fevral, Fineko/abc.az. Türkiyənin İstanbul və Antalya şəhərləri postpandemiya dövründə dünyanın ən çox ziyarət edilən 10 şəhəri arasında yer alıb.
ABC.AZ xəbər verir ki, COVID-19 pandemiyasından sonra Türkiyə yenidən xarici turistlərin sevimlisinə çevrilib.
Belə ki, 2023-cü ildə dünyanın ən çox ziyarət edilən 100 şəhəri siyahısında İstanbul 2022-ci ilə nisbətən ötən il təxminən 26 faiz artımla London və Dubayı geridə qoyub.
2023-cü il 16.5 milyon turist qəbul edən Antalyanı isə ən çox almanlar, ruslar və ingilislər ziyarət edib. Əhalisindən 12 dəfə çox turist qəbul edən Antalya Paris və Nyu-Yorku geridə qoyub. Xüsusilə Antalyaya birbaşa uçuşların artması sayəsində şəhərə səyahət edənlərin sayı ötən il 2022-ci ilə nisbətən 29 faiz artıb.
Ölkədəki daxili və beynəlxalq uçuşlar da hesabat dövrü ərzində 16.3 faiz artım qeydə alınıb.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024