İslandiyanın Reykyanes yarımadasında vulkan püskürməsi başlayıb

16:25 - 9.02.2024


9 fevral, Fineko/abc.az. Lav axını paytaxt Reykyavikin cənubundakı bölgədə termal su xətlərinə təsir edərək 20.000-dən çox insanın isti su təchizatını pozub və Svartsengi geotermal elektrik stansiyasına 1 km (istilik təchizatı üçün 150 MVt və enerji təchizatı üçün 75 MVt) yaxınlaşıb.

ABC.AZ xəbər verir ki, Mülki Müdafiə Agentliyi həyəcan səviyyəsini fövqəladə vəziyyətə qaldırıb.

Bölgədəki əvvəlki püskürmə 14 yanvar tarixində başlamışdı və təxminən iki gün davam etmişdi, lav axınları təxminən 4000 sakini evakuasiya olunduğu Qrindavik balıqçı şəhərinin kənarına çatmışdı.