Bu rayonlarda yeni milli parklar yaradılacaq

16:35 - 9.02.2024


9 fevral, Fineko/abc.az. Qax, Şəki, Samux rayonları ərazisində, Axar–Baxar silsiləsinin ətəyində yeni milli parkların yaradılması ilə bağlı artıq işlərə başlanılıb.

ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, hazırda xəritələrin dəqiqləşdirilməsi işləri aparılır. Bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov söyləyib.

O, həmçinin bildirib ki, İlisu Dövlət Qoruğunun Milli Park statusunda fəaliyyətini davam etdirməsi ilə bağlı da işlər görülür.

Bütün xəbərlər