EIB və “Terna” son güzəştli kredit tranşı üçün müqavilə imzaladılar

16:47 - 9.02.2024


9 fevral, Fineko/abc.az. Avropa İnvestisiya Bankı və Terna, 22 illik ödəmə müddəti ilə son güzəştli kredit tranşı üçün müqavilə imzalaıblar. 500 milyon avro məbləğində müqavilə Tirren xəttinin — uzunluğu 970 km və gücü 1000 MVt olan, İtaliya materikini Siciliya və Sardiniya ilə birləşdirən sualtı elektrik kabelinin tikintisini və istismara verilməsini dəstəkləmək məqsədi daşıyır.

ABC.AZ xəbər verir ki, beləliklə, kreditin ümumi məbləği 1,9 milyard avro, layihəyə qoyulan investisiyaların ümumi məbləği isə 3,7 milyard avro təşkil edib. Layihəni 2028-ci ildə başa çatdırmaq planlaşdırılır.