Antalyada mənzil qiymətləri bahalaşdı - 55 min rus ölkəni tərk etdi

15:01 - 12.02.2024


12 fevral, Fineko/abc.az. 2023-cü ildə yaşamaq icazəsi olan 55 minə yaxın Rusiya vətəndaşı Türkiyədən gedib.

ABC.AZ xəbər verir ki, bu barədə məqalə Türkiyənin "Sözcü" qəzetində dərc edilib.  Məqalədə qeyd edilib ki, ümumilikdə, ötən il Türkiyənin Antalya şəhərində daimi yaşayan əcnəbilərin sayı 40 min nəfər azalıb.

“Sözcü” nəşri bunu Türkiyənin miqrasiya qurumunun məlumatlarına istinadən dərc edib. Məqalədə ötən illərdə Antalyaya əcnəbilərin kəskin axını mənzil qiymətlərinin və kirayələrin artmasına səbəb olub.

Rusiyalılar indi kütləvi şəkildə Serbiya və BƏƏ-yə köçürlər. Rusiya-Türkiyə Dialoq Assosiasiyasının prezidenti Arsen Ayupov “Vedomosti”yə bildirib ki, rusiyalıların Türkiyəni tərk etməsinin üç əsas səbəbi var. Birincisi, xüsusi hərbi əməliyyat başladıqdan sonra bir çox insan ölkəyə uyğunlaşa bilməyib və geri qayıdıb.

Bütün xəbərlər