Azərbaycanda istifadəçiləri ən çox artan sosial şəbəkə - Hesabat

15:39 - 12.02.2024


12 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “Statcounter” şirkəti Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı statistika hazırlayıb.

ABC.AZ xəbər verir ki, ötən il ərzində Azərbaycanda ən çox “Pinterest” sosial şəbəkə istifadəçilərinin sayında artım olub.

Sözügedən statistik məlumatda qeyd edilib ki, ötən ilin yanvarında Azərbaycanda bu sosial şəbəkədən istifadə 14.47 faiz təşkil edib. Ötən ilin avqust ayından etibarən isə Azərbaycanda “Pinterest”ə maraq artıb. Belə ki, 2023-cü ilin avqustunda Azərbaycanda bu sosial şəbəkədən istifadə edənlər 16.73, oktyabrında 18.18, dekabrında isə 23.33 faiz təşkil edib.

Qeyd edək ki, dünyada çox məşhur olan "Pinterest" sosial şəbəkəsində JPG formatında çox faydalı məlumatlar əldə etmək mümkündür.