16:28 - 12.02.2024
12 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsindən azad olunmuş ərazilərə qoyulmuş investisiyaların həcmi açıqlanıb.
ABC.AZ-ın Interfax-a istinadən məlumatına görə, sözügedən dövrdə ən çox investisiya - 677 milyon 174,2 min manat (Qarabağ üzrə bütün investisiyaların 27,8%-i) Füzuli rayonuna yatırılıb. Şuşa rayonu üzrə investisiyalar 623 milyon 158 3 min manat, Ağdam rayonu üzrə 568 milyon 374,3 min manat təşkil edib.
2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə əsas kapitala 3 milyard 955 milyon 190,3 min manat vəsait (Azərbaycan üzrə əsas kapitala yatırılan bütün vəsaitin 19,5%-i) yönəldilib ki, bunun da 3 milyard 749 milyon 665,3 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 2022-ci illə müqayisədə hər iki göstərici müvafiq olaraq 78,2% və 73,3% artıb.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024