Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qırmızı Ürəklər Fondunu mükafatlandırdı

16:40 - 12.02.2024


Müxtəlif istiqamətlər üzrə, xüsusən də “Ətraf mühitin mühafizəsi” üzrə cəmiyyətə dəyər qatmaq missiyasını daşıyan Qırmızı Ürəklər Fondu (Red Hearts) daha bir mükafata layiq görülüb.

Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2023-cü il ərzində təbiətin qorunmasına yönələn təşəbbüslərə qoşularaq ətraf mühitin sağlamlaşdırılmasına, biomüxtəlifliyin və ekosistemin bərpasına önəm verən, bu istiqamətdə layihələr həyata keçirən, eyni zamanda ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq göstərən sahibkarlıq subyektləri, təşkilatlar və qeyri-hökumət təşkilatlarını mükafatlandırıb.

Fond nazirlik tərəfindən “Ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq və dəstəyə görə ən yaxşı tərəfdaş” seçilib. Mükafatı Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyevaya Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təqdim edib.

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.