Laçın və Kəlbəcərin bu yerlərində tikinti işləri başlayır

12:16 - 13.02.2024


13 fevral, Fineko/abc.az. Sərgi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın və Kəlbəcər rayonlarında 1 qəsəbənin (Qorçu) və 2 kəndin (Çaykənd, Qamışlı) yenidənqurma layihəsi üzrə müqavilələr imzalanıb.

Bu barədə ABC.AZ-a Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, "Azərdövlətsənaye" Dövlət Layihə İnstitutu ilə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Kəlbəcər rayonunun Çaykənd və Qamışlı kəndlərinin yenidəqurulması işlərində layihələndirmə işinin hazırlanmasının satınalmasına dair müqavilələr bağlanıb.

Həmçinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Laçın rayonunun Qorçu qəsəbəsinin tikintisi layihəsinin hazırlanması dair satınalma müqaviləsi bağlanılıb.