Azərbaycanda bir ildə 14.9 min iş yeri bağlanıb

11:17 - 15.02.2024


15 fevral, Fineko/abc.az. 2023-cü il ərzində ölkədə 14.9 min iş yeri bağlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə bağlanmış iş yerlərinin 52.4 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 47.4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 52.6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Bütün xəbərlər