“Google”nin Azərbaycandakı bazar payı bu qədər azalıb

11:53 - 15.02.2024


15 fevral, Fineko/abc.az. Ötən ilin əvvəli ilə müqayisədə dekabrda “Google”nin Azərbaycandakı bazar payı 94.94 faizdən 91.94 faizədək azalıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, ötən ilin əvvəli ilə müqayisədə dekabrda “Yandex”in Azərbaycanda bazar payı 3.98 faizdən 6.23%-dək artıb. Qeyd olunan dövrdə süni intellektə bağlı olan “Bing” axtarış motorunun Azərbaycanda bazar payı 0.59%-dən 0.87 faizədək artıb.

Ötən ilin əvvəli ilə müqayisədə digər axtarış motorları olan “DuckDuckGo”nun ölkə üzrə bazar payı 0.13%-dən 0.15%-dək artıb.

“Petal Search“ axtarış motorunun ölkə üzrə bazar payı 0.02 faiz olub.