İnvestisiya Holdinqinə yeni səlahiyyət verildi

16:05 - 15.02.2024


15 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”ndə dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Holdinqin Müşahidə Şurasına Prezidentin müəyyən etdiyi hallarda, dövlət müəssisələrinin icra orqanının üzvlərini, o cümlədən rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək vəzifəsi verilib.