Azərbaycanda internetin sürəti yenə gerilədi

10:53 - 16.02.2024


16 fevral, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Azərbaycan mobil internetin sürətinə görə 144 ölkə arasında 46.88 MB/S sürətlə 59-cu yerdə qərarlaşıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat “Speedtest Global Index”in araşdırmasında öz əksini tapıb. Sözügedən məlumatda qeyd edilib ki, Azərbaycan əvvəlki ayla müqayisədə mobil internetin sürətinə görə dəyişməz qalıb.

Məlumatda bildirilir ki, Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (302.38 MB/S), sonuncu yeri isə Şərqi Timor (144-cü yer, 3.75 MB/S) tutub.

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə yanvarda dünyada 118-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 3 pillə geriləmədir.

 

Bütün xəbərlər