Elektromobillərin icbari sığorta tarifi buna görə artırılıb

11:23 - 16.02.2024


16 fevral, Fineko/abc.az. Mərkəzi Bank elektromobillərin icbari sığorta tarifinin artırılmasının səbəbini açıqlayıb.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında baza sığorta haqqı məbləği 50 manat olaraq müəyyən edilib.

Qaydalara edilmiş son dəyişikliyə əsasən elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri növü üzrə əmsal olaraq 1.5 müəyyən edilib.

Qeyd edilib ki, əmsalın müəyyən edilərkən dövlətin ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması siyasəti rəhbər tutulub. Bundan əlavə, dövlət qeydiyyatına alınmış elektromobillərin enerji tutumu və at gücü göstəriciləri üzrə təhlillər aparılıb, onların təqsiri üzündən baş vermiş hadisələrin tezliyi və ağırlığı nəzərə alınaraq bu növdən olan bütün minik avtomobillərinə münasibətdə vahid yanaşma tətbiq edilib.

Bütün xəbərlər