Qazaxıstan Orta dəhlizlə azot gübrəsi satıb

12:13 - 16.02.2024


16 fevral, Fineko/abc.az. Qazaxıstanın yeganə azot gübrəsi istehsalçısı “KazAzot” SC-nin istehsal etdiyi ammonium nitratın ilk partiyası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində Azərbaycana yola salınıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, mineral gübrə əvvəlcə Qazaxıstanın Aktau limanından Azərbaycanın Hövsan limanına, buradan isə Gürcüstanın Batumi limanına çatdırılacaq, daha sonra isə Avropa və dünya bazarlarına nəql olunacaq.

 Məhsul 3 ton olmaqla Qazaxıstanın “Türküstan” gəmisi göndərilib. Bu ilin sonuna qədər azı 16 belə partiyanın göndərilməsi planlaşdırılır.

2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64% çoxdur.