Open AI, mətni videoya çevirmək üçün neyroşəbəkə təqdim edib

12:23 - 16.02.2024


16 fevral, Fineko/abc.az. OpenAI mətni videoya çevirmək üçün Sora modelini təqdim edib. Onun köməyi ilə bir dəqiqəyə qədər videolar hazırlamaq olar.

ABC.AZ xəbər verir ki, neyroşəbəkə bir neçə simvol, obyektlərin və arxa planın dəqiq detalları ilə mürəkkəb səhnələr yarada bilir. Model qəhrəmanların rekvizitlərini və duyğularını da canlandıra bilir.

Statik bir görüntü əsasında videolar yaratmağı, mövcud videonun çatışmayan kadrlarını əlavə etməyi və ya davam etdirməyi də bacarır.

Sora test mərhələsindədir. Məhdud sayda rəssam, dizayner və rejissor tərəfindən əldə edilə bilər. OpenAI-ın geniş kütləyə istifadəyə verilmə tarixi açıqlanmır.