Yanvarda Azərbaycan xaricə xurma satışından 10 milyon 813 min dollar gəlir əldə edib

15:06 - 16.02.2024


16 fevral, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Azərbaycandan 17 milyon 57 min ABŞ dolları dəyərində 21 065 ton xurma ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, xurma ixracı illik müqayisədə dəyər ifadəsilə 58%, miqdar ifadəsilə 49.2% artıb.

Azərbaycandan 2023-cü ilin ilk ayında 10 milyon 813 min dollar dəyərində 14 115 ton xurma ixrac edilmişdi.

Bütün xəbərlər