Sənaye zonalarında 10-a yaxın müəssisə açılacaq

16:31 - 16.02.2024


16 fevral, Fineko/abc.az. 2024-cü il ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

O qeyd edib ki, bu müəssisələrdə ümumilikdə təqribən 1000 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.

 

Bütün xəbərlər