Cari ildə xaricdən ət idxalı artıb

16:43 - 16.02.2024


16 fevral, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Azərbaycana xaricdən 8 milyon 542 min dollar dəyərində 4 411 ton ət idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin eyni ayları ilə müqayisədə ət idxalı dəyər ifadəsində 1.7 dəfə, miqdar ifadəsində isə 1.6 dəfə artıb.

Ötən ilin ilk ayında Azərbaycana 4 milyon 883 min dollar dəyərində 2 692 ton ət idxal edilmişdir.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.75%-ni təşkil edib.

Bütün xəbərlər