Aqroparklarda müasir suvarma sistemləri tətbiq edilib

17:08 - 16.02.2024


16 fevral, Fineko/abc.az. Azərbaycandakı aqroparklarda müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı müəyyən işlər həyata keçirilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

“Belə ki, aqroparkların əkin sahələrinin 16.3 min hektarı pivot, 6.1 min hektarı damcı, 1 min hektarı sprinkler vasitəsi ilə suvarılır. İnnovativ texnologiyalar tətbiq edilən aqroparklarda hər hektara düşən orta məhsuldarlıq arpa və buğda üzrə 6-7 ton/ha (ölkə üzrə 3.2 ton), qarğıdalı üzrə 12-15 ton/ha (ölkə üzrə 6 ton), şəkər çuğunduru üzrə isə 80 ton/ha-dır (ölkə üzrə 43 ton/ha). Bundan əlavə, aqroparklarda 47 min kubmetr tutumunda soyuducu və 142 min kubmetr tutumunda müasir taxıl anbarı kompleksləri mövcuddur. Fəaliyyətə başlamış aqroparklardan 5-i ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir”- deyə, o qeyd edib.