Omanla Azərbaycan arasında ikiqat vergitutma aradan qaldırılır

17:32 - 16.02.2024


16 fevral, Fineko/abc.az.  Omanın paytaxtı Məsqətdə “Azərbaycan Respublikası Hökuməti və Oman Sultanlığı Hökuməti arasında gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə danışıqlar keçirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.

Müzakirələrdə Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin şöbən rəisi Elkin Məmmədov Sazişin iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaradacağını, məlumat mübadiləs və vergi borclarının yığılmasında effektiv alətlərin formalaşması, eləcə də qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.

Üç gün davam edən müzakirələrin nəticəsi olaraq Saziş layihəsinin vergitutma ilə bağlı əksər müddəaları üzrə razılıq əldə olunub.