09:44 - 19.02.2024
19 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin nəticələrinə görə qalxdıqdan sonra bazar ertəsi keçirilən ticarətdə azalır.
Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti saat 09:40-da $0,65 (0,78%) azalaraq bir barel üçün $82,82-a düşüb. 16 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $0,61 (0,74%) artaraq bir barel üçün $83,47-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin mart fyuçerslərinin qiyməti saat 09:40-da $0,63 (0,80%) azalaraq bir barel üçün $78,56-a düşüb. Fevralın 16 – da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $1,16 (1,49%) artaraq bir barel üçün $79,19-a çatıb.
Ötən həftə Brent markalı neft 1,56%, WTI isə 3,06% bahalaşıb.
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025