Yanacaqdoldurma məntəqələrində sürücülər aldadılır? - VİDEO

10:07 - 19.02.2024


19 fevral, Fineko/abc.az. Bakıda bir çox sürücülər yanacaqdoldurma məntəqələrindən şikayətçidirlər.

ABC.AZ xəbər verir ki, onlar bildiriblər ki, sayğacda yanacağın litrinə dair görülən rəqəmlər gedilən yolun kilometrajı ilə üst-üstə düşmür.

Bundan əlavə, sürücülər yanacağın çox sürətlə vurulmasından narazıdırlar.

Onların fikrincə bu halda aldadılmış olurlar.

Bəs, avtomobilə hansı sürətlə benzin vurulmalıdır?

Məsələ ilə bağlı ATV-nin “İqtisadi zona” verilişi süjet hazırlayıb. Həmin videonu sizə təqdim edikrik.